İsmayıllıda 8 mart Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd olunub

Ölkəmizdə dövlət-qadın siyasəti uğurla həyata keçirilir. Azərbaycan qadınının ictimai-siyasi həyatda fəallığı durmadan artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda qadınların fəallığının təmin edilməsi,sosial həyat şəraitinin yaxşılaşdırılması, ölkədə gender bərabərliyinin təmin olunması üçün geniş imkanlar yaradır.

8 Mart bütün dünyada qadınların bayramı kimi qeyd olunur. İsmayıllıda rayon Mədəniyyət Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd olunub.

Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov,RİH-nin aparat işçiləri,idarə və müəssisələrdə, təhsil səhiyyə və mədəniyyət sahəsində çalışan qadınlar,ictimaiyyət nümayəndələri iştirak edib.

RİH-nin başçısı M.Sadıqov ölkədə aparılan sosial-iqtisadi siyasət barədə məlumat verib. Dövlət-qadın siyasətinin uğurlu həlli barədə danışıb. Rayon qadınlarını bayram münasibətilə təbrik edib. Xalçaçı Ruhiyyə Süleymanovaya “Tərəqqi" medalı təqdim olunub.

Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, RMX-nın baş həkimi Aydın Əsədov, İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsi rəisinin müavini Azər Abbasov və başqaları çıxış edərək 8 Mart Qadınlar Günü münasibəti ilə tədbirə toplaşanları və onların şəxsində bütün Azərbaycan qadınlarını təbrik ediblər.

Tədbir musiqili ədəbi-bədii proqramla davam etdirilib.

Fəal və ictimaiyyətiçi qadınlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında