İcra başçısı sahibkarlarla görüşüb

Müasir dövrdə milli iqtisadiyyatın aparıcı qüvvəsi sahibkarlardır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sahibkarları ilə görüşündə bu fikri konkret faktlarla əsaslandırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrində sahibkarlıq subyektlərinin sanballı payı olduğunu diqqətə çatdıran natiq deyib ki, məhz dövlət rəhbərinin təşəbbüsü ilə ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar hesabına iş adamlarının  fəaliyyəti geniş vüsət almış, saysız-hesabsız sahibkarlıq subyektləri yaradılmış, istehsal müəssisələri tikilib istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını daim ruhlandırır. Ümumi məhsul buraxılışında özəl bölmənin payı son illərdə dəfələrlə artmış, sənaye ilə yanaşı kənd təsərrüfatında da sahibkarlığın inkişafına geniş imkanlar yaranmışdır.

T.Qaraşov bildirib ki, dövlət tərəfindən tətbiq olunan güzəştlər, kənd əməkçilərinə kredit və subsidiyalar verilməsi torpağın becərilməsinə marağı artırıb, bu sahəyə investisiya qoyuluşunun artmasına səbəb olub. Cənab Prezidentin kənd təsərrüfatının ayrı-ayrı sahələri, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı imzaladığı sərəmcamlar, təsdiq etdiyi Dövlət Proqramları Lənkəranda da     inkişafa güclü təkan verəcək.

Görüşdə çıxış edən sahibkarlar onlara yaradılan əlverişli biznes mühitinə və işgüzar şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirməklə onun həyata keçirdiyi siyasi kursu daim dəstəkləyəcəklərini ifadə ediblər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında