Yeni müşavirlə tanışlıq görüşü olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə üzrə yeni müşaviri Ahmet Açıkgöz ilə tanışlıq görüşü olub. Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov A.Açıkgözü yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə olan əlaqələrin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyini vurğulayıb. O, həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli formatda əməkdaşlığın daim inkişaf etdirildiyini diqqətə çatdırıb.

S.Müslümov ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahatlar barədə məlumat verib.

A.Açıkgöz ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşmasının məmnunluq doğurduğunu vurğulayıb. O, bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsində öz səylərini göstərəcəyini bildirib.

Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında