İcra başçısına məktub yazmışdılar, bir gün keçməmiş özü onların yanına gəldi…

Canalı kəndinin sakinləri Əsəd Mahmudov, Vaqif Qasımov və Saleh Zeynalov Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından bir məktub yazdılar. Yazdılar ki, Canalıda 8 artezian quyusu var. Lakin su yenə kifayət etmir. Bəlkə daha bir neçəsinin qazılmasına rayon rəhbəri kömək edə bilər…

Məktublarına cavab gözlədikləri yerdə bir də eşitdilər ki, icra hakimiyyətinin başçısı vəziyyəti yerində öyrənmək üçün özü Canalıya gəlib və məktub sahibləri ilə görüşmək istəyir.

Məlum oldu ki, kənd sakinlərinin məktubu icra hakimiyyəti aparatına bir gün qabaq daxil olub və ertəsi gün icra hakimiyyətinin başçısı kəndə getməyi qərara alıb.

…Söhbətləşdilər, kənddəki vəziyyəti danışdılar, görəcəkləri işlər haqqında məlumat verdilər. Rayon rəhbəri hər birini ayrı-ayrılıqda dinlədi, ölkədə və rayonda aparılan geniş miqyaslı işləri diqqətə çatdırdı və dedi ki, sizin hər bir müraciətiniz mənim üçün önəmlidir və onlara heç kim laqeyd yanaşa bilməz. Biz sizə cavab məktubu da göndərə bilərdik. Lakin özüm yanınıza gəlmişəm ki, təkcə su problemi deyil, digər problemlərini öyrənim.   

Söhbət zamanı qeyd olundu ki, kənddəki 8 artezian quyusundan başqa daha birisi qazılır. Gələcəkdə təkliflər yenə nəzərə alınacaq.

…Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun vətəndaşların müraciətləri ilə bağlı iş üsulunu rayonda artıq hamı bilir və bəyənir.Başçının əvvəlcədən tərtib olunmuş qəbul günləri öz yerində, həmişə keçirilir, istənilən adam da yazılır. Lakin rayon rəhbəri gün ərzində, bəzən axşamdan xeyli keçmiş icra hakimiyyətinə gələn rayon sakinlərini də qəbul edir, onları dinləyir, müvafiq şəxslərə öz göstərişlərini verir və məsələni özü nəzarətə götürür. Məhz bu yanaşma Qazaxdan yuxarı təşkilatlara gedən ərizə və şikayətlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.

                  

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında