Xan bağı güllərə və çiçəklərə qərq oldu…

Xan Bağı adi bağlardan deyil. O, Qafqazın və Azərbaycanın ən qədim parklarından biridir. Park bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına hər il artırılır. Burada xiyabanlar salınmış, yay teatr binası, müxtəlif istirahət güşələri, su hovuzları, fəvvarələr tikilmişdir. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr düzəldilmişdir. 

Hazırda burada yazın gəlişi ilə bağlı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılır. Şəhərin havasının saf qalmasında, yay mövsümündə, qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayan parkda yaşıllıq sahələrinə xüsusi qulluq göstərilir. Şəhər sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli məkana çevrilib. Parkın əməkdaşları səliqə-sahmanın, yaşıllığın qorunması üçün var qüvvələri ilə çalışırlar.Yeni əkilən gül və çiçək kolları parkın gözəlliyinə daha bir gözəllik gətirmişdir.        

Şəhər əhalisinin başlıca istirahət yeri olan «Xan Bağı»nda xalq şairi Nigar Rəfibəylinin heykəli, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbri, Gəncə qala divarının qalığı, eləcə də «Yaşıl Teatr» və sair vardır.

 

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında