Samuxda meyvəçilik və üzümçülük inkişaf edir

Son illər Samuxda meyvəçiliyə və üzümçülüyə maraq xeyli artıb.Rayon icra hakimiyyəti bu sahənin inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirir. Fermerlərlə vaxtaşırı söhbətlər olur, onların problemləri öyrənilir, konkret köməklik göstərilir. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev özü tez-tez sahələrə çıxır, vəziyyəti öyrənir, yığım vaxtı məhsulun bazara çıxarılması məsələləri ilə bağlı fermerlərin yarana biləcək problemlərini öyrənir, lazım gəldikdə kömək edir. Budur,nəticə göz qabağındadır. İndi Samuxda meyvəçilik və üzümçülük əhalinin əsas gəlir mənbəələrindən birinə çevrilib.

2017-ci ildə Samuxda  1515.2 hektar meyvə və giləmeyvə bağları olub. İl ərzində isə daha 43.5 hektar yeni bağlar və giləmeyvəliklər salınıb. Sahələrdən 17417,3 ton məhsul yığılıb ki, bu da ötən ilə nisbətən 6,8 faiz çoxdur. Məhsuldarlıq hər hektardan 13,6 ton       olub.

Ötən il rayonda üzüm bağlarının sahəsi 10586 hektar idi. İl ərzində 4 hektar yeni üzüm bağı salınmış, sahələrdən 8867,9 ton üzüm yığılmışdır. Üzümün məhsuldarlığı 9,1 ton olmuşdur. Hazırda rayonda yeni meyvə və üzüm bağları salınmaqdadır.

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında