RİH başçısı Rəsulullah məscidində yaradılan şəraitlə tanış olub

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının,xidmət sahələrinin rəhbərləri Abşeron rayonunun Güzdək qəsəbəsindəki “Rəsulullah” məscidində yaradılan şəraitlə tanış oldular.

Məscidin axundu sakinlər adından rayon rəhbərini salamlayaraq Abşeron RİH-in dəstəyi ilə Güzdək qəsəbəsində böyük abadlıq və quruculuq işlərinin görüldüyünə görə təşəkkürünü bildirdi.

Bu məscidin 1851-ci ildən fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra da məscidin insanlara xidmət edəcəyini vurğuladı, sakinlərin sevincinin həddi-hüdudu olmadığını söylədi.

Qəsəbə sakinləri onlara bəxş edilən sevincə görə minnətdarlıqlarını bildirdilər.

Rayon rəhbəri Güzdək qəsəbə sakinləri ilə hər görüşünü məmnunluqla xatırladı, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğuladı.

İ.Gülməmmədova bildirdi ki, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə rayonda onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib.

Sonda icra hakimiyyətinin başçısına Qurani-Kərim hədiyyə olundu.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında