“Hər zaman qadınlarımızın yanındayıq”

      “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İB 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə özünün ilk təqdimat tədbrini şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları ilə birlikdə keçirib. Təşkilatın sədri Arzu Bağırova bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.

      A.Bağırova ölkəmizdə qadınlara yaradılan şəraitdən danışaraq deyib: “Bu gün ölkəmizin bütün sahələrində qadınlarımızın fəallığının daha da artması düzgün qurulmuş dövlət siyasəti, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın qadınlara hər zaman verdiyi böyük dəstəklə birbaşa bağlıdır. Mehriban xanım Əliyeva özünün ölkəmiz və millətimiz üçün gördüyü böyük işlərlə qadınlarımıza ən gözəl örnəkdir”.

      Rəhbərlik etdiyi təşkilatın məqsəd və məramı ilə də bağlı geniş məlumat verən Arzu xanım “hər zaman bizə ehtiyacı olan qadınların yanında olacağıq, bölgələrdə qadınların hüquqi və iqtisadi maarifləndirilməsində dövlət qurumları və ictimai təşkilatlarla birlikdə çalışacağıq”-- deyib.

     Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Sədaqət Qəhrəmanova, Ombudsman Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova, Rəfael Hüseynov qadınlarımızın hüquqi və iqtisadi maarifləndirilməsinin genişlənməsində ictimai təşkilatların fəallığına böyük ehtiyac olduğunu bildiriblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin bu istiqmətdə fəal olacağına inandıqlarını deyərək Arzu Bağırovanı təbrik edib, ona uğurlar diləyiblər. Respublika Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə xanım şəhid ailələri adından çıxış edərək A.Bağırovaya yeni başladığı önəmli işində xeyir-dua verib.

      Şair N.Həsənzadə, professorlar İ.Hüseynova və R.Mirzəzadə çıxış edərək təşkilata uğurlar diləyiblər. Tanınmış incəsənət ustaları qonaqlara gözəl ifalar təqdim ediblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında