Biləsuvarda İKT təlimləri

“Vətəndaş cəmiyyətinin bacarıqlarının İnkişafı layihəsi” və “Gənclər arasında informasiya və kommunukasiya texnologiyaları sahəsində internet təhlükəsizliyi” mövzusunda təlimlər keçirildi.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin bacarıqlarının İnkişafı layihəsi” və “Gənclər arasında informasiya və kommunukasiya texnologiyaları sahəsində internet təhlükəsizliyi”  mövzusunda təlimlər keçirdi.

Tədbirdə Biləsuvar Rayon İcra hakimiyyəti başçısı aparatınin İctimai-siaysi və humanitar məslələr şöbəsinin müdir müavini Kamil Qurbanlı, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin əlaqələndiricisi Anar Əhmədov, layihənin proqram rəhbəri Sədrəddin Əliyev, İctimai Birliyin əməkdaşı Azər Əliyev və rayonda fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının nümyəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Sədrəddin Əliyev layihə barədə ətraflı məlumat verdi. Dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət haqqında danışan natiq Biləsuvar Rayon İcra hakimiyyətinin qeyri hökumət təşkilatlarının layihələrinin icrasından ötrü yaratdığı şəraitə görə minnətdarlığını ifadə etdi.  
Biləsuvar rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Kamil Qurbanlı çıxış edərək rayonda Qeyri Hökumət Təşkilatlarını nəaliyyəti üçün yaradılan şəraitdən, bu günədək QHT-lərlə rayon İcra hakimiyyətinin əməkdaşlığından və bu sahədə görülən işlərdən danışdı. İcra olunmasına start verilən “Vətəndaş cəmiyyətinin bacarıqlarının İnkişafı layihəsi” və “Gənclər arasında informasiya və kommunukasiya texnologiyaları sahəsində internet təhlükəsizliyi”  layihələrinin də icra olunmasından ötrü qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilməsini arzu etdiyini bildirdi. Çıxışlardan sonra təlimələrə başlanıldı.

Əli Nəcəfxanlı,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında