Qobustan rayonu Ərəbqədim kəndində RİH başçısı Adil Məmmədov kənd sakinləri ilə görüş keçirib

Qobustan rayonu Ərəbqədim kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Ərəbqədim kənd İƏD üzrə nümayəndə Məzahir Mahmudov hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danışdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Ərəbqədim kənd İƏD üzrə nümayəndəliyi üç yaşayış məntəqəsini, Ərəbqədim, Göydərə və Nardaran kəndlərini əhatə edir. Ərəbqədim kəndinin 6112 ha ümumi ərazisi 3904 ha örüş sahəsi, 2158 ha əkinə yararlı sahələri vardır. Ötən il 1710 ha  sahədə əkin işi aparılmış orta hesabla məhsuldarlıq 20 sentner olmuşdur. Bu il 1780 ha əkin işi aparılmış, 1030 ha buğda, 750 ha arpa əkilmiş, 220 ha herik şumu çıxarılmışdır.

Ərəbqədim İƏD üzrə nümayəndə Məzahir Mahmudov qeyd etmişdir ki, hal-hazırda  Ərəbqədim kəndində 210 təsərrüfat olmaqla 1558 nəfər əhalidən 798 nəfəri qadın, 760 nəfərini kişi təşkil edir. Bu kənddə 137 yaşayış  evi vardır. Ərəbqədim kəndində 1 tam orta məktəb, 1 kitabxana , həkim ambulatoriyası və Poçt şöbəsi fəaliyyət göstərir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Sonra kənd əhalisindən Qurban Rəcəbov, Ağakərim Əşrəfov çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər.

Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış edərək kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini, bütün əkinlərin aqrotexniki qaydalara uyğun olduğunu və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini vurğuladı. RİH başcısı cənab A. Məmmədov bildirdi ki, fevral ayının 17-dən sonrakı hər həftənin şənbə və bazar günləri rayon ərazisində  yarmarkalar fəaliyyət göstərir. Hər bir kənd sakininin bu işdə fəal iştirak etmələrini tövsiyə etdi. Sonda RİH başçısı cənab A. Məmmədov sakinlərin təkliflərini nəzərə alaraq sahələrə məsul olan şəxslərə öz tapşırıqlarını verdi.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında