RİH başçısı Güzdək qəsəbə sakinləri ilə səyyar qəbul keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir. Rayon İcra Hakimiyyətində keçirilən qəbullarla yanaşı, RİH Başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər də əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük önəm daşıyır.

RİH başçısı İradə Gülməmmədovanın sakinlərlə növbəti səyyar görüşü Güzdək qəsəbəsində keçirilib. Toplantıda RİH başçısı İradə Gülməmmədova, İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, Güzdək qəsəbəsinin icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Görüşdə rayon rəhbəri məlumat verib ki, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təchizatı sahələrində əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.

Səyyar qəbulda iştirak edən qəsəbə sakinləri Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinə xüsusi diqqət və qayğısından, eləcə də son illərdə rayonda, qəsəbədə görülən işlər barədə danışıblar.

Sonra qəsəbə sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Qaldırılan məsələlərin bir çoxu elə qəbul zamanı öz həllini tapıb. Digər problemlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Səyyar qəbul-görüşü yekunlaşdıran İradə Gülməmmədova ölkə başçısının Abşerona və abşeronlulara olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.

Səməd HÜSEYNOĞlU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında