Şəmkir: məktəblilər əsgərlərin yanına gediblər

Bu günlərdə Zəyəm-Cırdaxan kənd tam orta məktəbinin bir qrup şagirdi məktəbin ibtidai sinif müəllimi Lamiyə Məmmədovanın təşkilatçılığı ilə «N»saylı hərbi hissədə “Xocalı qan yaddaşımız” adlı tədbir keçirib.

Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilmiş və faciə haqqında qısa məlumat verilmişdir.

Sonra şagirdlər Xocalı soyqırımından bəhs edən kompozisiyalar nümayiş etdirmişlər. Məktəblilər şeirin və musiqinin müşayəti ilə həmin günün ağrısını səhnəciklərlə çatdıra bilmiş, hamını vətən uğurunda hər zaman möhkəm olmağa səsləmişlər.

Tədbirin sonunda, «İgid əsgər, möhkəm dayan» mahnısı ilə məktəblilər hər zaman güclü Azərbaycan ordusu ilə birlikdə və bir yerdə olduqarını və Azərbaycan ordusunun elə günü bu gün işğal altında olan torpaqları düşməndən azad edə biləcək gücə qadir olduğunu diqqətə çatdırmışlar.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında