Lerikdə kənd sakinlərinin səyyar qəbulu keçirilib

Dağlar diyarı Lerikin Hamarmeşə kənd tam orta məktəbində Vizəzəmin inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri ilə səyyar qəbul-görüş keçirilib.  

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov  bildirib ki, ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən, kəndlərdə yaşayan əhalinin problemlərini öyrənmək üçün rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri ilə birgə belə birbaşa ünsiyyət formaları tətbiq edilir. Belə görüşlər hər dəfə rayon mərkəzinə gələ bilməyən sakinlərin rifahının yaxşılaşdırılması, onların qayğılarının həlli və təkliflərinin öyrənilməsi baxımından məqsədəuyğundur. Lerikdə də bu amilə həssaslıqla yanaşılır, vətəndaş müraciətləri ciddi araşdırılaraq lazımi tədbirlər görülür.  

İcra başçısı daha sonra həyata keçirilən Dövlət proqramları sayəsində rayonda görülmüş işləri qeyd edib. Dövlət siyasətinin əsasında əhalinin sosial müdafiəsinin və problemlərinin durduğunu faktlarla əsaslandırıb. İnzibati ərazi dairəsinin kəndarası yollarında təmir-bərpa işləri aparıldığını, körpü, elektron ATS, məktəblər, həkim məntəqələri tikildiyini, elektrik xətlərinin  təmir olunduğunu xatırladıb.   Əhalini narahat edən digər məsələlərin, o cümlədən məşğulluğun təmin olunması üzrə işlərin davam etdirildiyini söyləyib.

Səyyar qəbul-görüşdə vətəndaşlardan Xanəmir Hümmətov, Tofiq Məmmədov, Bəyəli Hümmətov, Adil Şahbazov, Elşad Muradov çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirib və müəyyən qayğıların da həllinə köməklik göstərilməsini xahiş ediblər.

Sonda Rövşən Bağırov vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə tədbirlər görüləcəyini qeyd edib, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında