Ağstafa:rayon rəhbəri alıcılarla da, satıçılarla da söhbət elədi

Ağstafada Novruz bayramı ərəfəsində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına rayonda böyük maraq var. Şəhərin dəmiryolu vağzalı qarşısındakı geniş bir ərazidə şənbə və bazar günləri təşkil olunan yarmarkaya hər çeşiddə məhsul çıxarılır. Buna görə də sakinlərin seçmək və əlverişli qiymətə istədiyi məhsulu almaq imkanı olur. Qeyd edək ki, rayon icra hakimiyyəti yarmarkanın təşkilinə və yüksək səviyyədə keçirilməsinə xüsusi nəzarət edir . Elə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin də yarmarkaya gəlməsi, adamlarla söhbət etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması ilə yerində tanış olmaq, vəziyyəti öyrənmək  olub.

Yarmarkada yerli fermerlər yalnız öz məhsullarını satışa çıxardıqları üçün onların qiyməti bazar qiymətlərindən xeyli ucuz qiymətə satılıb. Rayon rəhbəri burada alıcılarla da, satıcılarla da söhbət edib, onların arzu və təkliflərini dinləyib, təəssüratlarını öyrənib. Onlar yaradılan şəraitə və satışa bol və ucuz məhsul çıxarılmasına görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında