Əmək hüquqları sistemində gender prinsipləri

Dövlət Əmək Müfəttişliyi Xidmətinin  Qubada “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda keçirdiyi seminarda bölgədə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı müəssisələrin qadın işçiləri iştirak edib.

Tədbirdə ölkəmizin əmək qanunvericiliyində qadınların əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malik olduqları, əmək hüquqları sistemində gender prinsiplərinin təmin edildiyi vurğulanıb. Qeyd edilib ki, qanunvericiliklə qadınlara güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik halı hesab edilmir.

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqinin, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina edilməsinin qadağan olunduğu diqqətə çatdırılıb. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiya olunmayan işçilər sırasında olduqları bildirilib.

Seminar zamanı hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılmasının qadağan olunması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər və s. barədə də məlumat verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında