Maşın bazarında qiymətlər qalxmayıb

Bu il yanvarın 1-dən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun artması ilk həftələrdə ölkənin avtomobil bazarında qiymətlərin qalxmasına səbəb olmuşdu. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Daha çox hansı ölkələrin avtomobillərinə üstünlük verilir?

Qiymətləndirici ekspertlərin media açıqlamasında qeyd edilir ki,  ilin əvvəlində müəyyən qiymət artımı baş versə də, son 15 gündə bazarda nisbi azalma müşahidə edilir. Bu da təbii ki, tələbin  təklifdən aşağı olması ilə əlaqədardır. Lakin azalma əvvəlki artımla müqayisədə aşağıdır. Avtomobil bazarlarında, əsasən, durğunluqdur.

Bildirilir ki, bazarda daha çox tələbat olan təzə avtomobillər üzrə ilk beşliyi Yaponiyanın “Toyota” və “Nisan”, Cənubi Koreyanın isə “Hyundai” və “KİA”markaları, eləcə də Rusiya istehsalı olan avtomobillər tutur. “İkinci əl” avtomobil bazarında isə Almaniyadan gətirilən “Mercedes” markalı avtomobillər digər rəqiblərini üstələyir.

 

R.TAHİR,
“Xalq qəzeti” 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında