Ağstafa: su çərşənbəsində su aldılar…

Soyuqbulaqlar, Qarayazı, Soyuqbulaq  və Həzi Aslanov qəsəbələrinin sakinləri yəqin ki, bu su çərşənbəsini heç vaxt unutmayacaqlar. Çünki Novruzun ilk çərşənbəsi-su çərşənbəsi günü bu qəsəbələrə su xəttinin təntənəli açılış mərasimi oldu.

Qarayazı qəsəbəsinin mərkəzində keçirilən mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qəsəbələrin sakinlərini bu əlamətdar hadisə münasibəti ilə təbirk etdi. O, bu qəsəbələrə ölkə rəhbərinin müvafiq Sərəncamı ilə içməli suyun verilməsinin  Novruz bayramının gəlişindən xəbər verən su çərşənbəsi ilə bir günə təsadüf etməsini sözün əsl mənasında hər birimizdə yüksək bayram ovqatı yaratdığını bildirdi, ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son zamanlar rayonda görülən işlərdən geniş söhbət açdı.

Mərasimdə iştirak edən “Azərsu” ASC-nin sədr müavini Köçəri Həsənov, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov da qəsəbə sakinlərini təbrik etdilər.

Tədbirdə şəhid ailəsinin üzvü Teymur Qurbanov, ağsaqqal Elxan Mustafayev, ziyalılar Mais Bəhrəmov, Fəramiz Məmmədov və başqaları bildirdilər ki, bu yaşayış məntəqələrinin yüz faiz qazlaşdırılması, ötən ilin sonunda rayon mərkəzi ilə birbaşa əlaqə yaradan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması, indi isə yeni içməli su xəttinin istismara verilməsi onlara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Bütün bu işlərə görə Prezidentimiz İlham Əliyevə yerli ictimayiət adından dərin “çox sağ olun” deyirik.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında