Gəncə: qərb bölgəsinin mama-ginekoloqları və onkoloqları üçün respublika elmi-praktik konfransı

Respublika səhiyyə nazirliyinin dəstəyi, respublika perinatal mərkəzin təşkilatçılığı ilə Gəncədə ölkənin qərb bölgəsinin mama-ginekoloq və onkoloqları üçün Azərbaycanda bu sahədə ilk dəfə olaraq akkreditasiya olunmuş elmi-praktik konfrans təşkil edilib. Bu barədə məlumatı Gəncə Şəhər Səhiyyə İdarəsinin mətbuat xidməti yayıb.

“Vaginal ekosistemin bərpasına innovativ yanaşma” mövzusunda keçirilən konfransın əsas məqsədi regionlarda mamalıq, ginekologiya və onkologiya sahəsində çalışan həkimlərin bilik və bacarıqlarını artırmaq olub.

Bölgənin 100-dən çox həkiminin qatıldığı konfransı giriş sözü ilə respublika perinatal Mərkəzin direktoru, Azərbaycan Respublikasının baş mama-ginekoloqu Sevinc Məmmədova açaraq demişdir ki, müzakirəyə çıxarılan mövzular bu sahədə çalışan həkimlərin gündəlik rastlaşdıqları məsələlərdəndir. Bəzən belə xəstəliklər qadınlarda xoşagəlməz fəsadlara səbəb olur.

Qeyd edilib ki, konfransda müzakirə edilən bakterial vaginoz dünyada qadın cinsi aktı xəstəlikləri içərisində birinci yer tutur. Qadınların təxminən 20 faizdən 80 faizə qədəri bu xəstəliklərlə qarşılaşır. Xəstəlik əsasən hamilə qadınlarda vaxtından əvvəl doğuş təhlükəsi və bir sıra digər xoşagəlməz fəsadlara səbəb olur.

Sevinc Məmmədova bildirib ki, həkim ginekoloqlar bu sahədə 5 il praktik fəaliyyət göstərən zaman mütləq davamlı tibb təhsili almalıdırlar. Bunun üçün hər bir həkimin ildə 48 bal toplayaraq sertifikasiyadan keçməsi lazımdır: "Bu gün keçirilən elmi praktik konfransda iştirak edən həkimlər mühazirələri dinlədikdən, eləcə də mövzuya aid pretest və postestdən keçdikdən sonda 5 ballıq sertifikatla təltif ediləcəklər. Bu Azərbaycanda akkreditasiya balı verən ilk rəsmi konfransdır" deyə baş mama ginekoloq əlavə edib.

Konfransın ikinci hissəsində Milli Onkoloji Mərkəzinin onko-ginekoloqu Turan Nadirovanın “Hormonal balansın farmakoloji korreksiyası, hormondan asılı şişlərin əmələ gəlməsinin müalicə və profilaktikası” mövzusunda elmi məruzəsi dinlənilib.

Sonda məruzəçilər tərəfindən suallar cavablandırılıb və konfransın iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, çox aktual mövzularla bağlı keçirilən konfransa şəhər səhiyyə idarəsinin rəhbərliyi xüsusi məsuliyyətlə yanaşmış və onun yüksək səviyyədə keçirilməsi üçün bütün texniki-təşkilati tədbirləri vaxtında görmüşdür.       

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında