Sərhəd kəndi Kəmərliyə su çəkildi

Dünən Qazax rayonunun sərhəd kəndi olan Kəmərliyə çəkilən içməli su xəttinin açılışı olub. 

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək respublika Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Sərəncamına əsasən “Azərsu” ASC tərəfindən Kəmərliyə yeni su xəttinin çəkilməsini bildirib, bu münasibətlə kənd sakinlərini təbrik edib.

İcra hakimiyyətinin başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsindən danışaraq bu istiqamətdə Qazaxda da təqdirəlayiq işlərin görüldüyünü qeyd        edib. O, deyib ki, son iki ildə Qazağın 12 kəndinə içməli su xətti çəkilib.       

“Azərsu” ASC-nin sədr müavini Köçəri Həsənov tədbirdə çıxış edərək Ölkə Başçısının müvafiq Sərəncamına əsasən çəkilmiş yeni su xəttinin kənd sakinlərinin içməli suya olan tələbatını tam ödəyəcəyini qeyd edib. Cəmiyyət tərəfindən 1950 paqonmetr uzunluğunda çəkilmiş su xəttinin su çərşənbəsi günündə Kəmərli kəndinin sakinlərinə Novruz hədiyyəsi olduğunu bildirib. 

Kənd sakinlərindən Rəhim Rəhimov, Minarə Rəhimova və başqaları çıxış edərək Novruz bayramı ərəfəsində su çəkilməsinə görə Ölkə Başçısı İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

                  

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri
           

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında