Yaddan çıxmayan dərs

Gəncədəki 32 saylı məktəbin dördüncü sinfində keçirilən bu açıq dərs heç vaxt unudulmayacaq və heç vaxt yaddan çıxmayacaq. Müəllimləri onları gecənin yarısında da yuxudan qaldırıb bu dərsi soruşsa onu əzbər danışacaqlar. Əslində  məktəbin direktoru Tutu Hüseynovanın, sinif rəhbəri Rəna Nağıyevanın da məqsədi elə bu olub.

Müəllim və valideynlərin də iştirak  etdiyi açıq dərs Xocalı soyqrımı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Sinif rəhbəri  Rəna Nağıyeva Xocalıda törədilən erməni vəhşiliyindən danışıb. Dərs zamanı monitor vasitəsilə Xocalı soyqırımı ilə baglı videoçarx təqdim olunub. Şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda baş verən faciə ilə ətraflı məlumatlanıblar.

Məktəbin direktoru Tutu Hüseynova da  çıxış edib. O, Xocalı soyqırımının tarixdə ən qəddar və amansız terror hadisələrindən biri olduğunu şagirdlərin diqqətinə çatdırıb və deyib ki, aylar, illər keçsə də bu vəhşilikləri unutmayın, günahsız insanların qatillərindən qisas almaq barədə düşünün.

 

         Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında