“Bağışlayın, on saniyə vaxtınızı alacağam...”

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının fəal tələbələri Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində Gəncə şəhərinin küçə və meydanlarına çıxmış, adamların gur olan yerlərinə getmiş və sakinləri saxlayaraq “bağışlayın, on saniyə vaxtınızı alacağam” – deyərək onlara broşürlər paylamışlar.  “Xocalı qan yaddaşımızdır” adlandırılan bu aksiya şəhər sakinləri tərəfindən razılıqla qarşılanmışdır. Xocalı faciəsinə həsr olunmuş kitabçada o qanlı-qadalı günləri özündə əks etdirən, düşmənin vəhşiliklərini konkret faktlarla göstərən zəngin materiallar yer almışdır.

Aksiyanın əsas məqsədi erməni cəlladlarının 26 il qabaq törətdikləri cinayəti bir daha şəhər sakinlərinin yadına salmaq, onları, xüsusilə gəncləri unutqan olmamağa səsləmək, düşmənə nifrət hissini bir daha oyatmaqdan ibarət olub.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında