Gəncə: səyyar qəbuldan sakinlər razı qaldılar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Şəhərin 1-ci mikrorayon ərazisində keçirilən qəbulda idarə, müəssisə və təşkilat rəhbərləri, sakinlər iştirak edib.

Qəbulda 120 nəfərə yaxın sakinin müraciəti dinlənilib. Vətəndaşlar əsasən işlə təminat, lift problemi, binaların ətrafının abadlaşdırılması, torpaq sahəsi ilə təminat məsələləri ilə bağlı şəhər rəhbərinə müraciət ediblər. Müraciətlərin hamısını fərdi qaydada dinləyən icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı tapşırıqlarını verib. Bir sıra məsələlər elə yerindəcə həllini tapıb.

Şəhər icra hakimiyyətinin başçısı vurğulayıb ki, bu günə kimi Gəncədə 856 binanın dam örtüyü yenilənib. Daha 64 binanın dam örtüyü yenilənəcək. 2019-cu ilin sonuna kimi Gəncədə əhali 24 saat içməli su ilə təmin olunacaq. Kanalizasiya sisteminin çəkilişi tam yekunlaşacaq. Sonrakı mərhələdə 250-ə yaxın küçəyə asfalt salınacaq. Şəhərin 7, 18 saylı məktəbləri, Təhsil İdman Mərkəzinin Gəncə filialı və şəhərin Nizami küçəsi yenidən qurulacaq. Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın inşası başa çatdırılacaq. Gəncəçay Park-Bulvar Kompleksinin sol hissəsində bulvar salınacaq, həmçinin yeni idman kompleksinin tikintisinə başlanılacaq. Sakinlərdən Zərqələm Cəlalova, Xatirə Qasımova, Tərlan Qayıbova və başqaları vətəndaşlara daim diqqət və qayğı ilə yanaşdıqları üçün ölkə başçısı İlham Əliyevə və ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, şəhərin 1-ci mikrarayon ərazisində 14 yaşayış binası yerləşir və burada 10 min nəfərdən çox vətəndaş yaşayır. Binalardan 3-ü doqquz mərtəbəli, qalanları isə beşmərtəbəlidir. Bu binaların hər birinin üzü və dam örtüyü dəyişdirilib, ətrafı abadlaşdırılıb, səkilərə yeni bardurlar düzülüb. Həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün futbol meydançası salınıb.

 

Hamlet QASIMOV,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında