Aqrar universitetin rektoru: bu günü kədərlə yad etsək də, güclü olduğumuzu unutmamalıyıq

Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin yaydığı xəbərə görə, hər il olduğu kimi bu il də təhsil müəssisəsinin bütün fakültələrində və Tələbə Evində Xocalı faciəsi anılıb, soyqırım qurbanlarının xatirəsi yad edilib. Həm aqronomluq fakültəsində, həm də Tələbə Evində keçirilən anım tədbirlərindən əvvəl faciəni əks etdirən sərgi ilə tanışlıq olub. Sonra film nümayiş etdirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad   olunub. 

Rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışı zamanı bildirilib ki, dünyada çox böyük ədalətsizliklər baş verib. Amma ən dəhşətli olanlardan biri Xocalı faciəsidir. Bu gün biz bunu dərin kədərlə yad etsək də güclü olduğumuzu da unutmamalıyıq. Bizim gücümüz ulu öndər Heydər Əliyev siyasətində, qüdrətli Azərbaycanda və ona yenilməzlik gətirən cənab prezident İlham Əliyevdədir. Biz mütləq əbədi torpaqlarımıza qayıdacaq və şəhidlərimizin ruhunu bu cür şad edəcəyik.    

Fakültənin dekanı, dosent Məhərrəm İsmayilov, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov, aqronomluq ixtisasının birinci kurs tələbəsi Orxan Muradzadə, İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Elgün Aslanov və başqaları çıxışlarında tarixi faciənin, insanlığa və bəşəriyyətə yönələn soyqırımın dəhşətlərindən danışmışlar.   

Tələbələrin təqdim etdiyi şeirlər, Xocalıya aid səhnəciklər tədbir

İştirakçıları tərəfindən hərarətlə qarşılanıb.

        

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında