Kürdəmirdə Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Kürdəmir Rayon Təhsil Şöbəsində rayonun təhsil işçilərinin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Təhsil Şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev Xocalı faciəsinin törədilməsi səbəblərindən , tarixən ermənilərin azərbaycanlılara və türklərə qarşı törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açdı.

Tədbirdə çıxış edən İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elxan Qafarov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.

Çıxış edənlər şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildiriblər.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə isə Kürdəmir  Rayon İcra Hakimiyyəti  Başçısının  müavini Vəsilə Əsgərli,   Kürdəmir   Mərkəzi  Rayon  Xəstəxanasının    baş    həkimi   Məhəmməd Musayev və  səhiyyə  işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev Xocalı faciəsinin törədilməsi səbəblərindən, tarixən  ermənilərin azərbaycanlılara və türklərə qarşı  törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açdı.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. Bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.
 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında