İcra hakimiyyətinin başçısı şəhidin il mərasiminə getdi

         Bu gün Şəmkirin Şeidlər kəndində cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş  şəhid Xəlilov Xanoğlan İntizam oğlunun il mərasimi keçirilmişdir. Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

           Şəhidin məzarı önündə keçirilən tədbir onun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Çıxış edənlər Vətən uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinin gənclərin vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırmışlar. Qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan söhbət açılmışdır.

          Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhidin məzarı önündə çıxış edərək demişdir:

          - Şəhidlik elə bir zirvədir ki, bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Bu, mərdlik, qəhrəmanlıq zirvəsidir. Aprel döyüşləri göstərdi ki, bu millətin əsəbləri ilə oynamaq olmaz. Çünki sonra onun  qarşısında heç kim dayana bilməz. Bizim mənfur düşməndə hələ qisasımız var və bu qisası onlardan mütləq alacağıq. Sadəcə bir az geci-tezi var. Niyə geci-tezi var? Ona görə ki, Ermənistan adlı mənfur düşmən öz-özlüyündə güc sahibi deyil. Onun havadarlarının çirkin niyyətləri nəticəsində bu münaqişə, bu müharibə bir az yubanır. Bizim qisas günümüz  yubanır. Ali Baş Komandan, möhtərəm cənab Prezidentimizin rəhbərliyi altında biz  üçrəngli bayrağımızı Şuşaya, Xankəndinə və lazım gəlsə hətta Ermənistanın bütün nöqtələrinə sancacağıq. Silahlı qüvvələrimiz buna qadirdir. Biz bütün şəhidlərimizin ruhu qarşısında hamılıqla baş əyirik! Bilirik, çox ağırdır, çəkiləsi dərd deyil! Amma nəzərə alın ki, Vətən uğrunda ölən bir insan ən uca məqama yüksəlib. Bu uca məqam hər kəsə qismət olmaz. Allah yalnız sevdiyi insanları şəhidlik zirvəsinə yüksəldə bilər. İstəyirəm bunu biləsiniz.

          İcra hakimiyyətinin başçısı üzünü şəhidin valideynlərinə tutub : «Sizə çox sağ olun deyirəm ki, belə gözəl bir oğul böyütmüsünüz. Siz Xanoğlanı vətən üçün böyütdünüz, Xanoğlan da vətən üçün canını fəda etdi. O bütün Azərbaycanın fəxri, qürurudur. Buna görə başınızı dik tutun, şəhid anası, şəhid atası!» dedi.

                   Allah şəhidimizə rəhmət eləsin!

                   Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında