İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin dördüncü konfransı keçirilib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin dördüncü konfransı keçirilib.  “İşçi qüvvəsinin inkişafı üçün ümumi strategiyanın hazırlanması” mövzusunda təşkil edilən konfransda İƏT-ə üzv ölkələrdə əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində təcrübə və bilik mübadiləsi, gənclərin məşğulluğu və s. kimi məsələlər, bu sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın istiqamət və məqsədlərini müəyyən edən “İƏT-in Əmək Bazarı Strategiyası” müzakirə olunub.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək bildirib ki, ölkədə sistem xarakterli sürətli islahatlarla milli iqtisadiyyatın uğurla şaxələndirilməsi şəraitində sabit əmək bazarının təmin edilməsi üzrə Azərbaycanın səmərəli təcrübəsi analoji transformasiya prosesi keçən digər ölkələr üçün də maraqlı ola bilər. Ölkənin əmək bazarında sabitliyin dəstəklənməsi məqsədilə kompleks tədbirlər  sistemi reallaşdırılmışdır ki, bu əsasda makroiqtisadi sabitliyin təmin olunması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstəyin göstərilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, korporativ sosial məsuliyyət çərçivəsində ictimai işlərin təşkili, peşə hazırlığının gücləndirilməsi kimi uzunmüddətli və qısamüddətli tənzimləyici tədbirlərdən istifadə olunmuşdur.

 Nazir əmək bazarı ilə bağlı dəqiq və operativ, əhatəli informasiyaların əldə olunmasında, əmək bazarına çevik və səmərəli nəzarətin təşkilində ölkəmizdə 2014-cü ildən tətbiq olunan Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron İnformasiya Sisteminin önəmini diqqətə çatdırıb: “Dünya İqtisadi Forumunun “2017--2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan həmçinin əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan ölkələr arasında isə Azərbaycan üçüncü yerdə qərarlaşıb”.

S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT-in mənzil-qərargahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması təşkilata üzv ölkələr arasında əməkdaşlığı təşviq etmək üçün müstəsna əhəmiyyət kəsb edir. Bu təsisat əmək və məşğulluq sahəsində praktiki müstəvidə səmərəli və davamlı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. O, ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib və İƏT-ə üzv ölkələrin əmək nazirlərini ölkələri tərəfindən Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında