Nakam şair Fikrət Mursaqulov yaddaşlarda yaşayır

Bakıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində bu təhsil ocağının məzunu, həyatdan vaxtsız getmiş istedadlı şair-jurnalist Fikrət Mursaqulovun anım mərasimi keçirilmiş, dostlarının çap etdirdiyi ”Təsəlli” (azərbaycan və rus dillərində) kitabı kollektivə təqdim edilmişdir.

Toplantını giriş sözü ilə açan məktəbin direktoru İradə Vəzirova bu təhsil ocağının istedadlı yetirməsi olan gözdən əlil Fikrət Mursaqulovun  mənalı ömür yolundan, novator yaradıcılığı ilə ötən əsrin 70--80-ci illərdə ədəbi prosesin diqqətini cəlb etməsindən, filoloji axtarışlarından, qısa ömründə qazandığı uğurlarla gözdən əlil məktəblilərin sonrakı nəsilləri üçün örnəyə çevrilməsindən söhbət açmışdır.

Həyatdan 34 yaşında və nakam getmiş Fikrət Mursaqulovun tələbə yoldaşlarından Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Əməkdar jurnalist Tahir Aydınoğlu, dilçi alim İlham Abbasov, şair Akif Əhmədgil, gözdən əlil ziyalılardan nakam şairin irsini qoruyan şair-publisist Givi Paçxataşvili və   şair-pedaqoq Famil Hacısoy mərhum dostlarının azadlıq və həqiqət aşiqi kimi bütün yaşıdlarına nümunə olmasını bildirmiş, özü dünya işığına həsrət olsa da, işıqlı duyğu-düşüncələrdən nurlu və ətirli poetik çələng toxuduğunu vurğulamış, xatirələrini söyləmişlər.

Anım tədbirində 5 nömrəli xüsusi internat məktəbin şagirdlərinin ifasında F.Mursaqulovun şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.

Xatırladaq ki, Fikrət Mursaqulov 1955-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdu. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. 1980—1989-cu illərdə Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdı. Onun adına yaradılmış Fikrət Mursaqulov Fondunun “Ümid işığı” mükafatı istedadlı əlil sənət adamlarına təqdim olunur.

 

R.TAHİR,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında