İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var

Bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib. "RİA "Novosti" agentliyinin məlumatına əsasən Strateq.az saytı bu barədə xəbər yayıb.

Ziyad Sabsabinin sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10--12, Azərbaycandan isə təqribən 15 uşaq var: "Hazırkı vəziyyətdə söhbət yalnız ən böyüyünün 7--8 yaşı olan uşaqlardan gedir. Biz bu ölkələrə hansı yolla olursa-olsun, kömək göstərmək istəyirik. Əvvəllər biz MDB vətəndaşlarını da gətirirdik, lakin bunu bizə qadağan etdilər, çünki Rusiya qanunlarına görə, biz xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik. Uşağın valideynlərindən birinin Rusiya vətəndaşı olduğunu təsdiq edən sənəd olmadıqda, biz heç nə edə bilmirik". 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında