Ağsuda “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda “dəyirmi masa”

Ağsudakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.  

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin heykəlini ziyarət edərək gül dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verdi.

Sonra AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda məruzə ilə çıxış edərək 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olduğunu vurğuladı. Natiq xalqımıza və onun dilinə tükənməz məhəbbətini, qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyevin və hazırda həmin ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevi bu sahədə verdiyi sərəncam və fərmanlar haqqında məlumat verdi. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürü olduğunu vurğulayan Sevinc Əliyeva ölkə başçısının xarici dilləri mükəmməl bilməsinə baxmayaraq öz ana dilində də səlis danışdığını xüsusi vurğuladı.

Məruzə ətrafında müzakirələrdə çıxış edən Ağsu rayon Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, şəhər 1 saylı tam orta məktəb-liseyin müəllimi Ziyafət Qurbanova ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətindən danışdılar. 

Sonda rayondakı ümumtəhsil məktəbləri arasında keçirilən “Ana dilim – Azərbaycan” şeir  müsabiqəsinin qalibi olmuş 6 şagirdə diplom və hədiyyələr təqdim edildi. 

İlqar  HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında