Prezident təqaüdünün artımı 23,1 min nəfərə şamil olunacaq

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2018-ci il tarixli fərman və sərəncamları ilə müvafiq kateqoriyalardan olan daha 23,1 min nəfərə ödənilən Prezident təqaüdünün məbləği artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda qeyd edilib ki,  Prezident İlham Əliyevin 20 fevral 2018-ci il tarixli fərman və sərəncamları Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan insanların, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsinə imkan verir.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilməsi nəzərdə tutulur. Qeyd olunan fərman və sərəncamlar 23082 nəfər şəxsə şamil olunacaq və Prezident təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 1,9 milyon manat təşkil edəcək.

 

Hazırladı:
T.AYDINOĞLU,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında