Əlillərin işlə təmin olunmaları diqqət mərkəzindədir

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı üç mühüm sənəd imzalanıb. Bu kateqoriyadan olan insanlar hər zaman diqqət mərkəzindədir.  Onların problemlərinə daim həssaslıqla yanaşılır. Dünənki sənədlər də bunun əyani təsdiqidir. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının, xüsusilə həssaslıqla yanaşılması tələb edilən vətəndaşlarının yanındadır”.

Bu fikirləri, BakuPress.az saytının bildirdiyinə görə, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi ilə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin birgə iclasında deputat Hadı Rəcəbli deyib.

H.Rəcəbli gündəlikdəki “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə toxunaraq bildirib ki, birinci oxunuşdan sonra sənədə millət vəkillərinin irad və təklifləri nəticəsində bir sıra dəyişikliklər edilib. Qeyd edib ki, növbəti oxunuşlarda da adıçəkilən sənədə bir sıra dəyişikliklər edilə bilər.

Komitənin üzvü Musa Quliyev isə əlillərin məşğulluq məsələsinin qanun layihəsində konkret göstərilməsini istəyib. O, bildirib ki, bu məsələdə yenə qeyri-müəyyənlik davam edir: “Mən bu məsələ ilə uzun illərdir məşğul oluram. Ömrümün az qala 30 ili əlillərlə bağlı məsələlərə həsr olunub.Onların problemlərinə bələdəm. Ona görə də əlillərin işlə təmin olunması, məşğulluq məsələsi öz həllini tapmalıdır. Bu məsələdə qeyri-müəyyənlik olmamalıdır”.

H.Rəcəbli qeyd edib ki, məlum qanun layihəsi dörd il ərzində hazırlanıb, bir sıra çətinliklərdən sonra müzakirələrə gəlib çıxıb: “Hesab edirəm ki, Musa müəllimin dediklərində həqiqət var. Amma qeyd edilən təklif bu qanundan daha çox, məşğulluqla bağlı qanunun predmetidir. Çox sevindirici haldır ki, məşğulluqla bağlı yeni redaksiyada hazırlanmış qanun layihəsinin də parlamentə göndərilməsi nəzərdə tutulur”.

 

 Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında