Bakıdan Rusiyaya yeni yolla getmək mümkün olacaq

Bakıdan Rusiya sərhədinə qədər yeni tikiləcək yolla getmək mümkün olacaq. Bunun üçün artıq tikinti işlərinə başlanılıb. Bu barərə qay.az saytı məlumat  yayıb.

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikiləcək yol sürücülərin işini daha da rahatlaşdıracaq.  Çəkiləcək 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir.

Yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Əsas qəsəbə və rayon mərkəzlərindən magistral yola giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolda heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması da nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisi Əflatun Qasımovun sözlərinə görə, əgər yolun çəkilişi zamanı layihəyə obyektlər və yaşayış elvəri düşərsə, sahibinə qurum tərəfindən kompensasiya ödəniləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında