“Qazaxda təmir olunmayan bir dənə də olsun çoxmənzilli bina qalmayacaq”

Bu sözləri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov «Hərbi şəhərcik» adlanan yaşayış massivində sakinlərlə görüşündə demişdir. Sakinlərə məlumat verilmişdir ki, keçən il Qazax şəhərində 78 çoxmənzilli yaşayış binası təmir olunub. Bu il isə daha 81 çoxmənzilli yaşayış binasının təmir ediməsi nəzərdə tutulub. Artıq onlardan 11-də təmir işləri aparılır. Tezlikə Qazaxda təmirsiz bina qalmayacaq.

Binaların həyətində keçirilən görüşdə çıxış edən rayon rəhbəri Qazaxda ordu ilə xalqın monolit birliyindən söz açaraq demişdir ki, “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında rayonda keçirilən hərbi-vətənpərvərlik tədbiri xalqla ordunun sarsılmaz birliyini bir daha nümayiş etdirdi. Rəcəb Babaşov qeyd etdi ki, Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biri olduğu kimi onun hərbçisi də ən yaxşı şəraitdə yaşamalıdır. Bunun üçün dövlətimiz tərəfindən lazım olan bütün tədbirlər görülür. Eyni zamanda o qeyd edib ki, rayonda hərbçi ailələrinin yaşadığı Heydər Əliyev prospektindəki beşmərtəbəli binalar əsaslı şəkildə təmir olunub, şəhərin ən abad və müasir binalarından birinə çevrilibdir.       

Rayon İcra Hakimiyyətinin başçısı bu ərazidə yerləşən daha 4 çoxmənzilli binanın, eləcə də mehmanxana binasının əsaslı şəkildə təmir olunması barədə göstəriş verdiyini bildirib və deyib ki, bu binalar qısa müddətdə yüksək səviyyədə təmir olunacaq, hərbçi ailələri üçün lazım olan hər bir şərait yaradılacaqdır. 

Şəhid ailəsi adından Kifayət Mustafayeva, hərbçi veteran Bəsti Osmanova, sakinlərdən Firuzə Əhmədova, Zeynəb Mustafayeva, Dilarə Şıxıyeva və başqaları söz alaraq hərbçi ailələrinə diqqət və qayğı göstərildiyinə görə ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını         bildirmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunacaq binaları gəzərək vəziyyətlə yerində tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.
        

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında