Samuxda açılan yarmarkada 15 ton məhsul satışa çıxarılmışdır

Ötən şənbə və bazar günləri Samuxda  rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə bayram yarmarkası açılmışdır. Yarmarkaya böyük maraq olduğundan ora gələnlərin sayı da əvvəlki illərdən çox idi. Satışa hər növ kənd təsərrüfatı və ərzaq məhsulları çıxarılmışdı.

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev yarmarkaya gələrək məhsulların çeşidi, keyfiyyəti və qiymətləri ilə maraqlanmışdır. Rayon rəhbərinə məlumat verilmişdir ki, qiymətlər bazar qiymətlərindən 15-20 faiz ucuzdur və elə ona görə də alış-veriş etmək üçün yarmarkaya xeyli alıçı gəlib.

Alı Qocayev sakinlərlə də görüşüb söhbət etmişdir. Sakinlər belə bir yarmarkanın təşkil edilməsinə görə ölkə Prezidentinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

İcra hakimiyyətinin başçısı öz növbəsində sakinlərə məlumat vermişdir ki, Novruz bayramı ərəfəsində belə yarmarkalar müntəzəm keçiriləcək və bu işə ciddi nəzarət var.

                                                                                           

 Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında