Qarlı, şaxtalı açıq havada qəbul

Heç kim gözləmirdi ki, qarlı- şaxtalı bir havada, ucqar dağlar qoynunda yerləşən  kəndə rayonun rəhbəri  gələ bilər və üstəlik qəbul da keçirər. Özü də açıq havada.

Söhbət Daşkəsənin   dağlıq ərazisində yerləşən Çanaqçı kəndindən gedir. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev görüşə toplaşan kənd sakinlərini salamladıqdan sonra onların arzu və təkliflərini dinlədi, qarşılaşdıqları problemlərlə maraqlandı. Görüşdə belə bir fikir səsləndi ki, Qaraqullar-Çanaqçı avtomobil yolunun təmiri, mühüm sosial və mədəni obyektlərin inşası yerli əhalinin böyük razılığına səbəb olub.İcra hakimiyyətinin başçısı qeyd etdi ki, yol infrastrukturunun yaxşılaşdırılması gözəl təbii şəraiti olan bölgəyə turist axınının xeyli artmasına səbəb olacaqdır. Güclü turizm potensialı  olan Daşkəsəndə ucqar dağ kənd yollarının asfaltlaşdırılması  gözəl təbiəti, təbii sərvətləri, tarixi mədəni - abidələri olan bu kəndlərə turistlərin gəlişini xeyli artıracaqdır.     

Əhəd Abıyev istər şəxsi, istərsə də kəndin problemləri ilə bağlı təklif, müraciət və şikayəti sakinlərin öz dilindən eşitmək istədiyini bildirdi. Çıxış edənlər belə qarlı, soyuq  havada ucqar dağ kəndinə gəldiyi, yerli əhalini səbr və təmkinlə dinlədiyi üçün  minnətdarlıq        etdilər. Eyni zamanda kənd    sakinləri onları narahat edən məsələlər barədə də fikir və təkliflərini bildirdilər, problemlərin həllini rayon rəhbərindən xahiş etdilər. Bunlar         əsasən Çanaqçı-Zivlan avtomobil yolunun təmir olunması, işlə təminat, kəndə genişzolaqlı internet xəttinin, təbii qaz xəttinin çəkilişi, yanmış kənd elektrik transformatorunun və əyilmiş elektrik dayağının dəyişdirilməsi, klubunun və tam orta məktəbinin binasının təmir olunması, eləcə də digər şəxsi məsələlərdən ibarət idi.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bununla bağlı aidiyyəti qurumların rəhbərlərinə  tapşırıqlar vermiş, bəzi məsələləri yerindəcə həll etmişdir.

 

 

Hamlet QASIMOV,
"X
alq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında