Kürdəmirdə ötən il 144 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub

Kürdəmirdə keçən il aqrar sektorun inkişafı istiqamətində ciddi irəliləyişə nail olunub. Belə ki, 2017-ci ildə Kürdəmir rayonunda 144 milyon 915,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 18 milyon 941 min manat və ya 13,1 faiz artıb. Bununla da rayonda ümumi məhsul buraxılışının 40,6 faizi kənd təsərrüfatının payına düşüb.  

Kürdəmirdə vaxtilə ənənəvi sahə hesab edilən, sonradan demək olar ki, unudulan baramaçılığın inkişafı üçün konkret tədbirlər görülür. Rayonda 2016-cı ildə 3578 kq barama istehsal olunub. 2017-ci ildə barama istehsalı ilə əlaqədar 160 kümçüyə 300 qutu barama qurdu verilmiş, 11,512 ton barama istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 3,2 dəfə (7934 kq) çoxdur. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə rayonun ayrı-ayrı kəndlərində 2016-cı ilin payız mövsümündə 46 min ədəd tut  tingi, 2017-ci ildə isə 70 minə yaxın tut tingi əkilmişdir. Hazırda yeni əkilən tut tinglərinə və mövcud tut bağlarına aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizəsi üçün qoruyucu zolaqlar çəkilir.Cari  ildə barama istehsalının 20 tona çatdırılması nəzərdə tutulub.

Rayonda 2016-cı ildə 1911 hektar sahədə pambıq yetişdirən kürdəmirli fermerlər və torpaq mülkiyyətçiləri, 2017-ci ildə pambıq sahələrin 2,1 dəfə artıraraq 4027 hektara çatdırmışlar. Ötən ildə 5001 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildə istehsal olunan ümumi məhsuldan 2,4 dəfə çoxdur. Artıq Kürdəmirdə gələn ilin pambıq əkini üçün hazırlıq görülür. Bu məqsədlə 5 min hektar sahə seçilib və pambıq şumuna başlanılıb.İndiyədək 4 min hektaradək sahədə şum çıxarılıb. Artıq qış aratına başlanılıb.

2017-ci ildə qarğıdalı, kartof, bostan-tərəvəz, meyvə istehsalında da diqqətəlayiq nəticələr qazanılıb. Rayonda, habelə heyvandarlıq sahəsində də nəticələr uğurlu olub.

 

                                                                  İlqar HƏSƏNOV,
                                                                  “Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında