Nəsimi: sakinlərin ödənişsiz tibbi müayinəsi davam edir

Dövlət başçısının tapşırığına uyğun olaraq, fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi, paytaxtın Nəsimi rayonunda da əhalinin növbəti tibbi müayinədən keçirilməsi tədbirləri start götürmüşdür. Ümumölkə əhəmiyyətli sosial kampaniyanı mütəşəkkil keçirmək üçün Nəsimi Rayon İcra Hakimiyyətində müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Rayon sakinlərinin kütləvi tibbi müayinəsinin ahəngdar davam etməsi üçün kollektivlər və ərazilər nəzərə alınmaqla qrafiklər tərtib olunmuşdur.

RİH-in hazırladığı tədbirlər planına uyğun olaraq, fevralın 15-də rayonda yerləşən “Medical plaza” və Azərbaycan Tibb Universitetinin tədris terapevtik klinikalarında, mikrorayonlar massivindəki 20 saylı şəhər poliklinikasında ərazidəki əhalinin ixtisaslı tibbi müayinədən keçməsi üçün aksiya təşkil edilmişdir. Bu səhiyyə müəssisələrində yüzlərlə sakini əvvəlcə terapevtlər, sonra isə duruma uyğun olaraq ixisaslı həkimlər rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirmişlər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva uzunmüddətli kütləvi aksiyanın təşkili və gedişi barədə məlumat verərək bildirmişdir:

– Dövlət başçısının ölkə əhalisinin hər il kütləvi tibbi müayinəsinin təşkili və keçirilməsi barədə ənənəvi tapşırığı dövlətimizin öz vətəndaşlarının sağlamlığına necə böyük önəm verməsinin dünyada analoqu olmayan göstəricisidir. Növbəti tibbi müayinənin də yüksək səviyyədə keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələri xüsusi hazırlıq vəziyyətinə gətirilmiş, ərazidəki 4 poliklinikada kampaniyanın maneəsiz keçirilməsi üçün normal şərait yaradılmışdır. Rayonda yerləşən özəl səhiyyə müəssisələri də ölkə rəhbərinin tapşırığına yüksək səviyyədə əməl olunması üçün tibbi aksiyalara fəal qoşulur.

Bundan əlavə, yaşayış sahələrində, idarə və təşkilatlarda fərdi və kollektiv müayinələrin keçirilməsi, yataq xəstələrinin tibbi yoxlanışı üçün səyyar həkim briqadaları fəaliyyət göstərir. Kimdəsə ciddi problem aşkar olunduqda özəl tibb müəssisələrində təkrar müayinə təşkil olunur. Xüsusi əməliyyata ehtiyacı olan sakinlərin müalicəsi davam etdirilir. Ötən il kütləvi tibbi müayinə zamanı 40-dan artıq xəstə rayon icra hakimiyyətinin təşəbbüsü ilə ixtisaslı səhiyyə müəssisələrində əməliyyat olunmuşdur. Bu il də belə xəstələrin özəl tibb müəssisələrində müalicələri davam etdiriləcəkdir.

 “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Prezident sərəncamının icra edilməsi ilə əlaqədar Nəsimi RİH-in tədbirlər planına uyğun olaraq, yaşı 100-dən yuxarı 5 rayon sakininə, fəaliyyət qabiliyyəti məhdud 100 nəfərə evlərində tibbi xidmət təşkil olunmuşdur. Rayonun ən qocaman sakini  Süleyman Əliyev doğum günündə təbrik edilmiş və həkim briqadası onu geniş tibbi müayinədən keçirmişdir.

Rayonda tibbi müayinə ilk gündən yüksək səviyyədə aparılır və qrafik əsasında uğurla davam edir. Əhali yaradılmış humanist şəraitdən kifayət qədər faydalanır. Ödənişsiz tibbi xidmətdən istifadə edən sakinlər yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

T.AYDINOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında