Uşaqların əmək hüquqlarına dair seminar keçirilib

Azərbaycan qanunvericiliyi 15 yaşına çatmamış uşaqların müxtəlif işlərə cəlb olunmaqla onların əməyinin istismar olunmasını qadağan edir və  Beynəlxalq Əmək Təşkilatının 138 nömrəli “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” Konvensiyasına uyğun olaraq, ölkəmizdə yalnız yaşı 15-ə çatmış uşaqlar əmək müaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsinin bağlandığı işçinin yaş həddi 15-dən az olduqda, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də bunu avtomatik şəraitdə müəyyən edərək həmin müqavilənin qeydiyyata alınaraq rəsmiləşdirilməsindən imtina edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Bakının Nizami rayonundakı Kimya Biologiya Təmayüllü Respublika Liseyində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirdiyi seminarda bildirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlər, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsi, liseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

Seminarda uşaq əməyinin istismarı kimi qiymətləndirilən hallar barədə məlumat verilib,  belə hallara yol verən, həmçinin uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürənlərin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edildikləri diqqətə çatdırılıb. Seminarda 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsaslarından da bəhs edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, belə şəxslərlə əmək müqaviləsi onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı əsasında bağlanılmalıdır.

Müvafiq hallarda işçilər üçün qısaldılmış iş vaxtı müəyyən edilərkən həmin iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq ola bilməz. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilməlidir. 16 yaşından 18 yaşınadək işçilər üçün əmək məzuniyyətinin müddəti isə 35 təqvim günündən az olmamalıdır.

Seminarda mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılara həmçinin müvafiq mövzu üzrə maarifləndirici bukletlər də paylanıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında