Daş Salahlıda görüş

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əhalisinin sayına görə rayonun ən böyük kəndi olan Daş Salahlıda sakinlərlə görüşmüşdür.. 

O, rayonda 2017-ci ildə görülmüş işlər haqqında danışmış və demişdir ki, ötən il Qazax üçün uğurlu bir il olmuşdur. Rayonun bütün kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilmişdir . Daş Salahlı kəndi də bu inkişafdan geridə qalmamışdır. Əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən kənddəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş Abidə Kompleksinin əsaslı təmir olunması və ətrafında parkın salınması, Fidat Məmmədov adına mərkəzi küçənin 1,2 kilometrlik hissəsinə yeni asfalt örtüyün çəkilməsi, eləcə də onlarla bu cür işlərin görülməsi Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının Qazaxda uğurla icra edilməsinə əyani     sübutdur. 

Sonra icra hakimiyyətinin başçısı “bütün bunlar keçən ildə qaldı, indi bu il nə iş görəcəyik, gəlin ondan danışaq” – deyərək görüşə toplaşanlara müraciət etdi.

Kənd sakinlərindən Aslan Binnətov, Afət Nəbiyeva, müharibə veteranı Yusif Hüseynov işlə təmin olunmaları barədə rayon rəhbərliyinə müraciət ediblər. İcra başçısı vətəndaşların müraciətlərini nəzərə alaraq işlə təmin edilmələri üçün müvafiq tapşırıqlar verdi.     

Südabə Aqqrayeva, Qətibə Kazımova, Əfqan Məmmədov, Nazim Dəlləkov, Nizami Məmmədov, Zal Əsgərov, Cəfər Göyüşov, Gülnarə Əmilova, Kübra Bayramova, ağsaqqallardan Bərşad Məmmədov çıxış edərək müxtəlif məsələlərlə bağlı rayon rəhbərinə müraciət     etdilər, təkliflər irəli sürdülər, problemlərə toxundular. 

Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova söz alaraq Qazax rayonunda, eləcə də Daş Salahlı kəndində görülən bütün işlərə görə kənd sakinləri adından Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi, rayon rəhbərliyinə sakinlər adından təşəkkür etdi   

Rəcəb Babaşov görüşə yekun vuraraq qeyd etdi ki, 2018-ci ildə qarşıda daha mühüm vəzifələr durur. Biz bu vəzifələrin öhdəsindən gəlmək əzmindəyik. Ölkə rəhbərinin apardığı daxili və xarici siyasəti hər bir qazaxlı bəyənir və dəstəkləyir. Deməli, inkişaf, tərəqqi, firavan həyat daim olacaqdır.

 

                   Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında