Salyan: Ötən il aqrar sahədə 51 layihənin icrasına başlanılıb

Salyan Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşəyə, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov geniş məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirdi ki, bu il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan müşavirə keçirilmişdir.  Müşavirədə ölkəmizin bütün regionlarında sosial-iqtisadi inkişafa dair Dövlət proqramlarının icrasının uğurla həyata keçirildiyi qeyd edilmişdir. Müşavirədə dövlət başçısı həmçinin qarşıda duran vəzifələri də müəyyən etmiş, konkret tövsiyə və tapşırıqlarını vermişdir.

 Sevindirici haldır ki, müşavirədə Salyan rayonunun 2017-ci ildə ən çox investisiyalar qoyulmuş rayonlar arasında birinci, 2018-ci ildə isə ümumi həcminə görə 100 milyon manatdan çox olan sərmayə layihələri icra ediləcək rayonlar arasında  126 milyon manat sərmayə ilə dördüncü olması cənab Prezident tərəfindən qeyd edilmişdir.

S.Hətəmov dedi ki, bu  dövrdə rayon ictimaiyyəti üçün ən əlamətdar hadisə ötən il sentyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri olmuşdur. Səfər zamanı ölkə Prezidenti 110/35/10 kilovoltluq “Qaraqaşlı” yarımstansiyasının, 1200 şagird yerlik ümumtəhsil məktəbinin, Bayraq muzeyinin, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak etmiş, Xıdırlı kəndindəki Dəniz suyunun duzsuzlaşdırılması kompleksinə baxış keçirmişdir.

Hesabat dövründə rayonda abadlıq və quruculuq işləri davam etdirilmişdir. Belə ki, rayonun Nazim Babayev küçəsində 410 kvadratmetr sahəsi olan Dövlət bayraq muzeyi tikilib istifadəyə verilmiş, bayraq muzeyi parkında yerə 2500 kvadratmetr tomet üzlük döşənmiş, parkda müxtəlif növ dekorativ ağaclar əkilmişdir.

2017-ci ildə investorlarla aparılmış görüşlər, sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait nəticəsində rayonda özəl investisiya hesabına ümumi dəyəri 170 milyon manat olan 51 kənd təsərrüfatı, iaşə, emal, istehsal sahələri üzrə layihələrin icrasına başlanılmışdır. Artıq bir çox sahələr üzrə işlər başa çatdırılmışdır. Layihələrin həyata keçirilməsi 1228 yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdir.

Natiq qeyd etmişdir ki, görülmüş tədbirlər nəticəsində "SÜNBÜL-2012" MMC tərəfindən Un dəyirmanının, ümumi sahəsi 30,2 hektardan çox olan 27 istixananın, rayonun Həsənli kəndi ərazisində 100 min başlıq Damazlıq Quşçuluq təsərrüfatının tikintisi başa çatdırılmış, şəhər ərazisində Pivə və limonad istehsalı zavodunun, 2 mərtəbəli “Bazar-ticarət mərkəzi”nin tikintisi isə davam etdirilmişdir.

2017-ci ildə rayonda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 111 milyon 886 min manat, yəni 35,8 faiz artaraq 423 milyon 949 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi müvafiq dövrə nisbətən 28 milyon 105 min manat, yəni 26,7 faiz artaraq 133 milyon 173 min manat olmuşdur.

Rayon əhalisinin sosial problemlərinin həll edilməsi daim diqqət mərkəzində saxlanılır. 2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün daha 15 fərdi yaşayış evi tikilmişdir. Ümumilikdə bugünkü günə kimi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 74 ev tikilmişdir.

Rayonda 19066 hektar taxıl sahəsindən 61126 ton olmaqla, hektardan 32,1 sentner məhsul toplanmışdır. Bundan 9395 hektar arpa sahəsindən 27715 ton olmaqla, 29,5 sentner, 9671 hektar buğda sahəsindən 33411 ton olmaqla, 34,5 sentner məhsul toplanmışdır. Artıq rayonda kənd təsərrüfatı bitkilərinin payızlıq əkini başa çatmışdır. 6832 hektar sahədə buğda, 7050 hektar sahədə arpa, 1780 hektar sahədə yonca və 127 hektar sahədə isə sarımsaq əkini aparılmışdır. 2017-ci il yanvar ayının 1-nə iri buynuzlu heyvanların sayı 62 min 680 baş, o cümlədən inək və camışlar 33 min 292 baş, qoyun və keçilər 186 min 442 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 13 min 228 ton, yumurta istehsalı 34 milyon 880 min ədəd, yun istehsalı 347 ton, süd istehsalı isə 45 min 857 ton olmuşdur.

Əhalinin təbii qazla təmin edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Rayonun Kürsəngi kəndinin qaz infrastrukturunun yenidən qurulması işləri başa çatdırılmışdır. Əhalinin içməli su ilə təminatı da yaxşılaşdırılmışdır.

S.Hətəmov sonda bildirmişdir ki, Salyanın bütün əmək kollektivləri qarşılarına qoyulan tapşırıqların uğurla həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcək və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri İbrahim Mustafayev, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı çıxış edərək Salyan rayonunun inkişafı ilə bağlı sosial-iqtisadi sahələrdə yüksək uğurların əldə olunmasından, aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində rayonun simasının son illər dəyişərək yeni, müasir görkəm almasından, irihəcmli infrastruktur layihələrinin həyata keçiriliməsindən bəhs etmişlər.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında