Qazaxda rayon rəhbərinin fərqlənən müəllim və şagirdlərlə görüşü olub

Qazax Rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupunun məktəblərdə apardığı monitorinq zamanı fərqlənən fəal müəlim və şagirdlərlə görüşü keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək deyib ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etdirilməlidir. Bunun üçün rayonda lazım olan bütün şərait vardır.

          Sonra monitorinqin nəticələri elan olunub. Şəhər 2 saylı, Çaylı kənd 2 saylı, Xanlıqlar kənd tam orta məktəblərinin bir sıra müəllim və şagirdi daha çox fərqlənib.       Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, eləcə də çıxış edən müəllim və şagirdlər təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

          Fərqlənənlərin rayon icra hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunması qərara alınıb.

          Görüşdən sonra şagirdlər Fəxri Xiyabana gediblər.

 

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında