Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib. 

Seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, ƏƏSMN-nin Aparatının rəhbəri Əjdər Cəbiyev çıxış edib. O, “İctimai iştirakçılıq haqqında”  Qanuna uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. 

Ə.Cəbiyev vurğulayıb ki, ƏƏSMN yanında İctimai şuranın əvvəlki tərkibdə fəaliyyət müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb və  seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Komissiya tərəfindən Şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib. Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib.

2018-ci il fevralın 6-da keçirilən ilk seçki zamanı namizədlərin İctimai şuraya üzv seçilməsi üçün müvafiq Əsasnamədə nəzərdə tutulan qaydada keçirilən  səsvermə nəticəsində yalnız iki nəfər üzv seçilib. 

İctimai şuranın qalan 13 üzvünün də seçilməsi üçün keçirilən təkrar seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin fəallığı şəraitində keçib. Tədbirin yekununda səslər  komissiya üzvlərinin iştirakı ilə hesablanıb. Nəticədə namizədlərdən daha 13 nəfər şuraya üzv seçilib. Beləliklə, səsvermənin nəticələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibini təşkil edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələri müəyyən olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qeyri-hökumət təşkilatlarının rəhbərləri ƏƏSMN  yanında İctimai şuranın yeni tərkibinə üzvlüyə namizədlərin müəyyən olunması və seçkilərin keçirilməsi prosesinin bərabər əsaslarla, şəffaf və ədalətli tərzdə keçirilməsindən razılıqlarını ifadə edib, şuranın yeni tərkibdə fəaliyyətinə uğurlar arzulayıblar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında