Suraxanıda hərbi vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində saxlanılır

Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü qeyd olunub.

Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Rayon icra hakimiyyətinin konfrans zalında başlanan tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı İlqar Abbasov ötən 6 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçdiyi uğurlu yoldan danışıb. Natiq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2012-ci il 13 fevral tarixli fərmanı ilə yaradılan adı çəkilən Dövlət Xidməti və onun rayon şöbələri səfərbərlik işinin təşkili, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və həqiqi hərbi xidmətə cəlb edilməsi, ordu quruculuğu sahəsində mühüm rol oynayır.

Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

İlqar Abbasov, həmçinin qeyd edib ki, qarşıda duran əsas məsələ müstəqil respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Hər şey Vətənin müdafiəsindən başlayır.

Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaş üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır. Azərbaycan gəncliyinin tərkib hissəsi olan Suraxanı rayonunun gəncləri də həmişə ölkəmizdə gedən proseslərə fəal qoşulmaqla Vətənə sədaqətli olduqlarını nümayiş etdiriblər.

Ötən 6 il ərzində Suraxanı Rayon İcra Hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eyni zamanda, Xidmətin Suraxanı rayon şöbəsi ilə işgüzar münasibətlər qurulub.

Tədbirdə Dövlət Xidməti rayon şöbəsinin rəis müavini Vüsal Həsənov, rayon Polis İdarəsinin rəisi Namiq Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, rayon Veteranlar Şurasının sədri Eldar Rüstəmov, rayon Ağsaqqallar Şurası nəzarət-təftif komissiyasının sədri Müseyib Bağırov çıxış edərək, Xidmətin ötən altı ildəki fəaliyyətinə qısa nəzər salıb, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən bəhs ediblər.

Mərasimin sonunda Dövlət Xidmətinin rayon şöbəsinin bir qrup əməkdaşı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında