Gəncə: binaların qarşısında səyyar qəbul

Gəncənin Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev Yeni Gəncə yaşayış massivindəki iki binanın qarşısında vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda DSMF-nin Nizami rayon şöbəsinin və rayon məşğulluq idarəsinin, Azərsu və Azərenerji ASC-nin, Azəriqaz İstehsalat Birliyinin, MKTİB-nin nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşlar yaşadıqları çoxmənzilli binaların dam örtüklərinin təmiri, kanalizasiya xətlərində təmir-bərpa işlərinin aparılması,ərazinin yaşıllaşdırılması və işə qəbulla bağlı məsələlərə toxunublar.

Nizami Hacıyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə öz tapşırıqlarını verib. Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb. Qəbul keçirilən ərazidə  fevralın 17-də iməcilik keçirilməsi, ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur. Qəbuldan razılıq bildirən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında