Suraxanı rayonunda 2017-ci ilə yekun vurulmuşdur

Suraxanı rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş toplantı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, sonra isə parkda həmişəyaşıl ağaclar əkmişlər. Onlar ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar. Rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş etdirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin etmişdir. Hesabat dövründə rayonda əvvəlki ilə nisbətən sənaye məhsulu istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz təşkil etmiş, nəqliyyat xidmətləri 3 dəfə artmış, orta aylıq əməkhaqqı 611 manat olmuş, əhaliyə 222 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 4840 yeni daimi iş yeri açılmışdır.

Rayonda Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu isə yenidən qurulur. Hövsan qəsəbəsində 20 hektar torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına verilib. Həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksi, məktəb və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.

 2003-cü ildən bəri Suraxanıda 31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət göstərən möhtərəm
Prezidentimiz cənab İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib.

RİH başçısının sözlərinə görə, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Qaraçuxur, Əmircan qəsəbələrində, Yeni Suraxanı qəsəbəsinin Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində bir sıra vacib işlər görülüb, 19,2 kilometr uzunluğunda yeni qaz kəməri çəkilib və ya əsaslı təmir olunub, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 5360 metr kabel çəkilib. Hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur. Əhalinin istiliklə təminatını daha da yaxşılaşdırmaq üçün tədbirlər görülüb. İstilik sisteminə qoşulmuş 324 çoxmərtəbəli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub. Rayonda 20 “Nümunəvi abad məhəllə” salınıb, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci Məhəllədə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilir.

“Bir bələdiyyə-azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, Hövsanda “1941-1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsində Ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf sahələr abadlaşdırılıb. Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.

Rayonda məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlara əməl olunur.

RİH başçısı tərəfindən 2017-ci il ərzində 2905 nəfərin iştirakı ilə 51 səyyar görüş-qəbul keçirilib, 574 nəfər vətəndaş qəbul edilib. Rayona turist axını ildən-ilə artır. Ötən il “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu 30751 nəfər ziyarətçi qəbul edib. Bu da 2016-cı illə müqayisədə 27 faiz çoxdur.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur. Milli Məclisin deputatı Fərəc Quliyev yığıncaqda iştirak etmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında