Yasamal rayonu ilə yekun vurdu

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin binasındakı büstünün önünə gül dəstələri qoymaqla başlanmışdır.

Bir il ərzində rayonda görülmüş işlər barəsində məlumat verən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov demişdir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda Prezident İlham Əliyev ölkəmizin uğurları və qarşıda duran vəzifələrdən söhbət açmış, cari ildə də nəzərdə tutulmuş layihələrin reallaşdırılması istiqamətində tapşırıq və tövsiyələrini vermişdir.

Natiq ötən il ərzində rayonda həyata keçirilən tədbirlər barəsində də məlumat vermişdir. Qeyd etmişdir ki, 2017-ci il Yasamal rayonu üçün uğurlu olmuşdur. Bütün sahələr üzrə qazanılan uğurlar əvvəlki illərlə müqayisədə qənaətbəxş olmuşdur. Məsələn, sənaye məhsulunun ümumi həcmi 297 milyon 800 min manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 2 milyard 430 milyon 400 min manat, rabitə xidmətlərinin həcmi 624 milyon 770 min manat olmuşdur. Hər işçiyə düşən orta aylıq əməkhaqqı 3,7 faiz artaraq 645,7 manat təşkil etmişdir.

Ə. Əzizov demişdir ki, yeni iş yerlərinin açılması həmişə prioritet sahələrdən olub. Ötən il də bu istiqamətdə uğurlu addımlar atılmış və rayonda 6967 yeni iş yeri açılmışdır. Onlardan 4039-u fiziki, 2928-i isə hüquqi şəxslər tərəfindən yaradılmışdır.

Ötən il dövlət büdcəsindən rayona 3 milyon 275 min manat vəsait ayrılmış, çoxmənzilli yaşayış binalarının təmiri üzrə 346, abadlıq və təmizlik işləri üzrə 293 nəfər rayon sakini işlə təmin edilmişdir.

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar görülən işləri diqqətə çatdıran natiq qeyd etmişdir ki, bu sahə həmişə diqqət mərkəzində olmuşdur. Yararsız hala düşmüş binalarda aparılan əsaslı təmir işləri ilə yanaşı, 38 yaşayış binasında müxtəlif materiallardan ibarət 11800 kvadratmetr dam örtüyü təmir edilmiş, 19 yaşayış binasında 654 metr aşağı paylayıcı istilik xətləri dəyişdirilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına əsasən, 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 18 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi davam etdirilir.

Paytaxtda ən böyük söküntü işlərinin Yasamal rayonu ərazisində aparıldığını diqqətə çatdıran Ə.Əzizov hələ SSRİ dövründə bir neçə dəfə təsdiq olunmuş Bakı şəhərinin Baş Planında paytaxtın problemlərindən birinin “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi olduğunu vurğulamış, lakin, bu iş çox böyük vəsait tələb etdiyindən, məsələ öz həllini tapmamışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq, davam edən irimiqyaslı tarixi layihənin ilk iki mərhələsi reallaşdırılmışdır. 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənmişdir. Söküntü aparılan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilmiş, hər cür infrastruktura malik yol çəkilmişdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2017-ci il mayın 30-da yeni inşa olunmuş yolun birinci mərhələsinin, avqustun 9-da isə ikinci mərhələnin açılışında iştirak etmişlər.

Ə. Əzizov əhalinin elektrik enerjili, içməli su, təbii qaz və istiliklə təmin olunması istiqamətində görülən işlərin qənaətbəxş olduğunu bildirmiş, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazanılan uğurlardan da söhbət açmış, sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd etmişdir

Ümumilikdə, 2017-ci ildə rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 3299 müraciət daxil olmuşdur. Həmin müraciətlərin böyük əksəriyyətinə 15 iş günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 iş günü müddətində baxılması əsasən təmin edilmişdir.

Ötən ilin yadda qalan hadisələrdən birinin də “Ölkəmizi tanıyaq” tur-aksiyaları olduğunu xatırladan natiq rayonun tam orta məktəblərinin təhsildə yüksək göstəriciləri ilə fərqlənən 9-11-ci sinif şagirdlərinin I turda– 2017-ci il martın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikasına, II turda– noyabrın 11-dən 14-dək Lənkəran-Masallı-Astara bölgələrinə səfərlərinin təşkil olunduğunu bildirmişdir.

Bu ilin ən əlamətdar hadisələrindən birinin aprelin 11-də keçiriləcək prezident seçkilərinin olduğunu diqqətə çatdıran Ə.Əzizov seçkilərin mütəşəkkil keçiriləcəyinə əminliyini bildirmişdir.

Çıxış edənlər ötən il rayonda görülən işlərin uğurlu olduğunu qeyd etmişlər.

Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev 2017-ci ilin Yasamal rayonu üçün uğurlu olduğunu diqqətə çatdırmış, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün dövlət başçısının tövsiyə və tapşırıqları barədə məlumat vermişdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında