Füzuli rayonunda problemlər sürətlə aradan qaldırılır

Füzuli Rayon İcra Hakimiyyətində keçirilən illik hesabat yığıncağında Prezident İlham Əliyevin sədriliyi ilə Nazirlər Kabinetinin iclasında və regional inkişaf proqramı ilə bağlı konfransda dövlət başçısının nitqindən irəli gələn məsələlər, 2017-ci ildə rayonun sosial iqtisadi inkişafının yekunları geniş müzakirə olunmuş, bu il qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı  Alıyev ötən ilin başlıca sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirmişdir ki, 2017-ci ilin nəticələri, respublikada olduğu kimi, rayonda da ürəkaçan olmuşdur. Bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş əldə edilmiş, əhalinin həyat səviyyəsi yüksəlmişdir.            

Məruzəçi qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı 2017-ci ildə də  uğurla gerçəkləşdirilmiş, nəzərdə tutulmuş tədbirlərin  əksəriyyəti icra  olunmuş,  digərləri  ardıcılıqla yerinə yetirilir. Rayonda davamlı abadlıq-quruculuq işləri aparılır, yeni yollar çəkilir, kommunikasiya xəttləri yenilənir. Kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı problemlər davamlı olaraq həll olunur.

2017-ci ildə rayonun sənaye, kənd təsərrüfatı və xidmət sahələrində ümumi məhsul buraxılışının həcmi 173 milyon 415, 3 min manata çatmışdır. Sənaye istehsalı 17 milyon 66,3 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə  46,6 faiz artıqdır. Əsaslı tikintidə bütün maliyyə mənbələri hesabına əsas kapitala 30 milyon 64,8 min manat investisiya qoyulmuşdur. Ondan 24 milyon 390,5 min manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 341,2 min manat və ya ötən illə müqayisədə 1,1 faiz çox xidmət göstərmişdir. Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin həcmi  54 milyon 892,3 min manat və ya keçən ilin müvafiq dövründəkindən 6,1 faiz çox olmuşdur.

Alı Alıyev bildirmişdir ki, 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalında yüksək nəticələr əldə edilmişdir. Artıq yeddinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır. 4 iri taxılçılıq təsərrüfatında xüsusilə yüksək məhsuldarlıq əldə edilmişdir.

İri mal 36 min 331, qoyun və keçilər 141 min 252, ev quşları isə 525 min başa çatmışdır. Ət istehsalı 2616 ton, süd 23 min 703,2 ton, yun 194,9 ton, yumurta 6 milyon 825 min ədəd olmuşdur.

Ölkə başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi barədə tapşırıqlarına uyğun olaraq keçən il rayonda 2 min 126,38 ton pambıq təhvil verilmişdir. Kümçülər isə 25 tona yaxın yaş barama istehsal etmişlər. Füzuli rayonu barama istehsalında respublikada ikinci olmuşdur. Növbəti ildə 40 tona yaxın barama istehsal etmək nəzərdə tutulmuşdur.

Rayonda  təhsil, mədəniyyət, səhiyyə, gənclər və idman işinin təkmilləşdirilməsi prosesi davam etdirilir. 46 ümumtəhsil  müəssisəsinin, demək olar ki, əksəriyyəti  yenidən  tikilmiş  və ya  əsaslı  bərpa  olunmuş  binalarda yerləşir.

Keçən il şəhər və rayonlarda  51 səyyar qəbul keçirilmiş, 1200-dən çox rayon sakininin müraciəti dinlənilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev yığıncaqda çıxış etmişdir.

Qəbul edilmiş qərarda qeyd edilmişdir ki, bu il qarşıda  həlli  daha  vacib  məsələlər  dayanır. Əhalinin  həyat  şəraitini  daha  da  yaxşılaşdırmaq, məcburi köçkünlərlə davamlı əlaqə  saxlamaq, bütövlükdə rayonun qarşısında dayanan vəzifələrə layiqincə  əməl etmək üçün bütün qüvvə və səylər səfərbər olunmalıdır.

Z.SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında