“Tivinninq” layihəsinin açılış mərasimi keçirilib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB)  Zooprofilaktika İnstitutu (İZSAM) ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyası (RBL) arasında bağlanan müqavilə üzrə “Tivinninq” layihəsinin açılış mərasimi keçirilib. 

Açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi Azər Süleymanov bildirmişdir ki, “Tvinninq” layihəsinin əsas məqsədi RBL-da qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin yüksəldilməsi, işçilərin və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və diaqnostik bacarıqlarının artırılmasından ibarətdir. Xidmət rəisi “Tvinninq” layihəsinin 2 il müddətində davam edəcəyini və bu müddətdə qarşıya qoyulan məqsədlərə nail olunacağını bildirib. Həmçinin qeyd edib ki, bu 2 il ərzində BEB-in referens laboratoriyası olan, İtaliyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutunun mütəxəssislərinin köməyi ilə RBL heyətinin texniki bilik və bacarıqlarını artırmaq, qida təhlükəsizliyi sahəsində müayinə prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etməklə laboratoriyanın gələcəkdə akkreditasiya olunmasına dəstək göstərmək,  qida təhlükəsizliyi üzrə referens laboratoriyası olması üçün imkanlar yaratmaq və BEB-in Regional Əməkdaşlıq Mərkəzi statusunu qazanmaqdır.

Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı sahəsinə, o cümlədən baytarlığa göstərilən diqqət və qayğıdan danışan A.Süleymanov xatırladıb ki, 2015-ci ilin dekabrın 28-də dövlət başçımız “Baytarlıq şəhərciyi”nin, o cümlədən Respublika Baytarlıq Laboratoriyasının  açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub. 2016-cı ildə 49 nəfər laboratoriya əməkdaşı Türkiyə, Yaponiya, Rusiya və Ukrayna kimi ölkələrdə, 2017-ci ildə isə əlavə olaraq 14 nəfər təkrarən Türkiyənin müxtəlif laboratoriyalarında təlimdə iştirak edib, müasir müayinə metodlarını mənimsəyiblər. 

A.Süleymanov görülmüş işlərin nəticəsi olaraq RBL-nın həm heyvan xəstəlikləri, həm də qida təhlükəsizliyi üzrə beynəlxalq səviyyəyə çıxmaq, beynəlxalq akkreditasiyadan keçmə imkanları olduğunu bildirib. O verilmiş təklif və müraciətlərin Beynəlxalq Epizootik Büro tərəfindən qəbul edildiyini, ötən il beynəlxalq mütəxəssislərin Respublika Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanış olduğunu diqqətə çatdırıb. Əlavə bilik və bacarıqların artırılması üçün RBL-na texniki dəstəyin göstərilməsinə qərar verilib.

Tədbirdə RBL-nın direktoru F.Quliyev, İZSAM-ın mütəxəssisi F.Pomillo, İZSAM-ın mütəxəssisi L.Riççi təqdimatlarla çıxış etiblər. Toplantının sonunda plenar müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında