Qubadlılılar “Böyük qayıdış”ı səbirsizliklə gözləyirlər

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov geniş məruzə etdi. Bildirildi ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında və Azərbaycan Respublikası regionlarının inkişafı Dövlət Proqramının 4-cü ilinin yekunlarına həsr olunan konfransdakı proqram xarakterli çıxışlarında ölkəmizin sosial-iqtisadi inkişafının bir sıra mühüm məqamlarına toxunmuşdur.

Məcburi köçkünlərin problemlərinin həmişə diqqətdə saxlandığını, məskunlaşma şəraitlərinin yaxşılaşması üçün yeni qəsəbələrin salındığını nəzərə çatdıran ölkə başçısı vurğulamışdır ki, məcburi köçkünlərin prоblеmləri dаim diqqət mərkəzindədir. 2017-ci ildə 2300 аilə yеni mənzilə köçürülüb. Bеləliklə, 12 mindən çох məcburi köçkün yеni еvlərlə, mənzillərlə təmin еdilmişdir. Cənab Prezident onu da qeyd etmişdir ki, bu il yеni mənzillərlə təmin еdiləcək köçkünlərin sаyı kеçən illə müqаyisədə təхminən iki dəfə аrtаcаq. Əgər 2017-ci ildə 12 min məcburi köçkün ailəsini yеni mənzillərə köçürmüşüksə, bu il ən аzı 20 min nəfər yеni еvlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çох dа оlа bilər. Cənab Prezident demişdir ki, “Böyük qayıdış”ın ilk mərhələsi olan Cоcuq Mərcаnlı kəndinin bərpаsı tаriхi nаiliyyətdir, əlаmətdаr hаdisədir.

Malik İsaqov bildirmişdir ki, göstərilən bu qayğıdan Qubadlı məcburi köçkünlərinə də pay düşmüşdür. Ötən il fəaliyyətimizin əsas istiqaməti rayon əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldilmışdir. Rayon icra hakimiyyətinin təşəbbüsü və yaxından köməyi ilə 15 ailə yeni mənzilə köçürülmüşdür.

Ötən il rayonumuzun tarixində bir neçə əlamətdar hadisə ilə yadda qalmışdır. Belə ki, may ayında Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Donanmasının “Qubadlı” adlı yeni təchizat gəmisinin istismara verilməsi mərasimi keçirilmişdir. Oktyabrın 5-də isə Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin açılış mərasimini qubadlılılar məcburi köçkünlərə böyük qayğı kimi qiymətləndirmişlər.

Rayon rəhbəri demişdir ki, məskunlaşma yerlərində yaşayış şəraitlərinin yaxşılaşdırılması rayon icra hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılmış və bu məqsədlə müəyyən layihələrin həyata keçirilməsi təmin edilmişdir. Fərdi evlərin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən 36 ailəyə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrdən icazələr alınmışdır.

2017-ci ilin avqust ayında Sumqayıt Dövlət Universitetinin yataqxanasında baş vermiş yanğın hadisəsi zamanı zərər çəkmiş ailələrə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər bir ailəyə 2 min manat pul , hər bir ailə üzvünə isə əlavə olaraq 100 manat yemək xərci verilmişdir. Həmin yataqxanada rayonumuzdan olan zərər çəkmiş 5 ailənin hər birinə rayon icra hakimiyyəti başçısı tərəfindən 500 manat pul yardımı edilmişdir.

Ötən il daxili imkanlar hesabına fərdi və birgə məskunlaşma yerlərində 40-a yaxın ailənin mənzilində təmir-tikinti işlərinin aparılması üçün 49 min manat vəsait xərclənmişdir.

Əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanılmışdır. Bayram günlərində belə ailələrə maddi yardım göstərilmişdir

M.İsaqov qeyd etmişdir ki, 2017-ci ildə rayon əhalisinin sayı 37 min 500 nəfər olmuş, məskunlaşma üzrə elə bir ciddi yerdəyişmə baş verməmişdir.

Bildirilmişdir ki, 2017-ci ildə rayonda 6 min 730 nəfər pensiyaçı qeydiyyatda olmuş, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bütün müavinət və pensiyalar vaxtlı-vaxtında ödənilmişdir. İl ərzində 329 ailənin hər birinə 144 manat olmaqla ünvanlı sosial yardım verilmişdir. 212 yeni iş yeri yaradılmışdır .

Ötən ilin axırlarında RİH-in köməyi ilə rayon kənd təsərrüfatı idarəsi tərəfindən baramaçılığı inkişaf etdirmək məqsədilə Çin Xalq Respublikasından gətirilən 5 min ədəd ting Füzuli rayonu ərazisində, 500 ədəd isə Sabirabad rayonu ərazisində aqrotexniki qaydaya uyğun olaraq əkilmişdir. Bundan əlavə Sabirabad rayonu ərazisində yerlı sortdan olan 2000 ədəd tut tingi əkilmişdir. Kənd təsərrüfatı idarəsinin nəzarəti altında 5 ailə 40 hektar ərazidə payızlıq bitkilərin səpinini aparmışdır. Arıçılığın inkişafı da diqqət mərkəzində olmuşdur.

2017-ci ilin may ayında Bakı şəhərində keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında rayonumuzun sakini, uşaq-gənclər idman məktəbinin yetirməsi İslam Abbasov yunan-Roma güləşi üzrə I yeri tutaraq qızıl medalın sahibi olmuşdur.

Həmin oyunlarda idmanın cüdo növü üzrə yarışlarda əslən Qubadlı rayonunun Xələc kəndindən olan Elçin Talıbov I yer tutaraq qızıl, qardaşı Natiq Talıbov III yeri tutaraq bürünc medal qazanmışlar.

Hesabat yığıncağında ­Milli Məclisin deputatı İ.İsmayılov,
Prezident Administrasiyasının məsul işçisi A.Əhmədov iştirak etmişlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında