Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir

Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Gənclər Birliyi və 6 saylı Uşaq və Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü qeyd edilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, habelə rayonun fəal gəncləri, 9-cu və 10-cu qrup “ASAN xidmət” könüllüləri iştirak ediblər.

Mərasimin əvvəlində aparıcılar 2 fevral – Gənclər Günü ilə bağlı geniş məlumat veriblər.

Tədbirdə “ASAN xidmət”ininsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev Gənclər Günü münasibətilə gəncləri təbrik edərək və ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını bildirib. Diqqətə çatdırıb ki, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolu danılmazdır.

Sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 2 fevral – Gənclər Gününün əhəmiyyətindən danışaraq, Azərbaycanda dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Xatırladıb ki,  Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti sahəsində qəbul edilən normativ hüquqi aktlar, gənclərin ümumrespublika forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizminin müəyyən edilməsində mühüm rol oynayıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi olaraq bu gün Azərbaycan gəncliyinin, sözün əsil mənasında, tam müstəqil olduğunu  və bu müstəqilliyə inandığını deyib. Modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev tərəfindən təhsilli və müasir dayaqlara söykənən Azərbaycan gəncliyinin üzərində qurulmuş siyasi tempin ölkəmizin daha da inkişaf etməsinə zəmin yaradacağını söyləyib. 

Natiq böyük tribunalarda, siyasi arenalarda, beynelxalq tədbirlərdə Azərbaycan gənclərinə inanıldığını və bu qarşılıqlı harmoniyanın qüdrətli, müasir, güclü Azərbaycanın inkişafında böyük əhəmiyyətinin olduğunu söyləyib. RİH başçısı gənclərə son 14 ildə ölkə başçısının rəhbərliyi altında dövlətimizin imza atdığı uğurlar barəsində də geniş məlumat verib. 

Sonda Binəqədi rayonunda “Master-2” layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən “ASAN xidmət” könüllülərinə sertifikatlar təqdim edilib.  

Rəsmi hissə bitdikdən sonra gənclər tərəfindən bayram tortu kəsilib. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ustalarının iştirak etdiyi bədii hissə ilə davam edib.

 

V. BAYRAMOV,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında